İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbolçu beynəlxalq axtarışa verildi

Moskvanın "Spartak" klubunun futbolçusu Kvinsi Promes narkotik qaçaqmalçılığına görə beynəlxalq axtarışa verilib.

Musavat.com "REN TV"yə istinadən xəbər verir ki, bu barədə fevralın 16-da Amsterdam prokurorluğu məlumat yayıb.

Prokurorluğun mətbuat katibi Franklin Vattimen bildirib ki, məhkum olunmuş futbolçu beynəlxalq axtarışa verilib:

"Prokurorluq onu Niderlanda gətirməyə çalışıb və bunun üçün tədbirlər görüb. Hələ ki, onun ekstradisiyası baş tutmayıb".

Xatırladaq ki, Moskvanın “Spartak” futbol klubunun hücumçusu Niderlandda narkotik qaçaqmalçılığı ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İdmançı məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

İttiham tərəfinin fikrincə, K.Promes narkotik vasitələrin daşınması ilə məşğul olan cinayətkar şəbəkənin üzvü olub. 2020-ci ildə Belçikanın Antverpen limanında çəkisi təxminən 1,37 ton olan kokain ələ keçirilib. Prokurorluq hesab edir ki, bunda Promesin əli olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR