İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur cütlüyün ölüm səbəbi açıqlandı

Məhkəmə-tibbi ekspertizası “Oskar” mükafatı laureatı Cin Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakavanın ölüm səbəblərini açıqlayıb.

Bu barədə "Variety" nəşri məlumat yayıb.

Baş həkim Hizer Carrellin sözlərinə görə, 95 yaşlı Hekman fevralın 18-də alzheimer xəstəliyi ilə ağırlaşan ürək-damar xəstəliyindən vəfat edib.

Onun 65 yaşlı həyat yoldaşı Betsi Arakava bir həftə əvvəl, fevralın 11-də gəmiricilərin nadir rastlanan infeksiyası olan hantavirusdan vəfat edib.

"Arakavanın ölümünə səbəb olan infeksiya olduqca nadirdir. Nyu-Meksikoda 50 il ərzində 136 hadisə bildirilmiş, bunların 42 faizi ölümcül olub" deyə, baytar həkimi Erin Fipps bildirib.

Evdə gəmiricilərin izləri aşkar edilib, lakin əsas yaşayış binasının bir qədər çirklənmiş olduğu vurğulanıb.

Hekmana son mərhələdə alzheimer və ağır ürək çatışmazlığı diaqnozu qoyulub. Kardiostimulyatorun məlumatları göstərib ki, sonuncu ürək fəaliyyəti fevralın 18-də qeydə alınıb.

Ekspertizanın nəticələrindən sonra istintaq bağlanıb, lakin baytarlar hələ də itin ölüm səbəbini öyrənirlər.//Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR