İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR

Məşhur aktrisa Nurgül Yeşilçay və prodüser sevgilisi Necati Kocabay İstanbuldan köçmək qərarı veriblər.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük yeni ev tikdiklərini və böyük şəhər həyatına yaxın zamanda vida edəcəklərini açıqlayıblar.

Ortaköydəki məhəllə bazarında görüntülənən Yeşilçay həm gündəlik həyatı, həm də gələcək planları barədə səmimi açıqlamalar verib. Əlində sarı lalələrlə obyektivlərə tuş gələn aktrisa bu sözləri deyib:

"Qızılgülləri sevmirəm, sarı laləni xoşlayıram. Sağ olsun, sevgilim də mənə daim sarı lalə alır".

Nurgül Yeşilçay İstanbuldan köçmək qərarını romantik ifadələrlə bölüşüb:

"Biz yavaş-yavaş köçə bilərik. İstanbul ilə çox gözəl bir evliliyimiz oldu. Bir-birimizə yaxşı baxdıq, amma hər münasibət zamanla yorula bilər. Bir az ara verək, bəlkə yenidən sevə bilərik".

Yeni evlərini təbiətlə iç-içə, daha sakit bir bölgədə inşa etdiklərini bildirən Yeşilçay əlavə edib:

"Artıq şəhərin səs-küyü və sıxlığı mənə çox gəlməyə başlayıb".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

09 May 2025

BÜTÜN XƏBƏRLƏR