Onlayn ictimai-siyasi qəzet
Rayan Qarsiya Los-Ancelesdəki "Waldorf Astoria" otelində vandalizmə görə həbs edilib.
Musavat.com lent.az-a istinadən bildirir ki, 25 yaşlı amerikalı boksçu apreldə Devin Heynini məğlub etdikdən sonra dopinq testinin müsbət çıxması səbəbindən artıq qalmaqalın mərkəzindədir.
Məlumata görə, Beverli-Hillzdə baş verən insidentdən sonra həbs olunaraq nəzarətə götürülən Qarsiyanın rinqdən kənar vəziyyəti daha da gərginləşib.
O, otelin əmlakına, o cümlədən otağına və dəhlizinə ziyan vurduğuna görə saxlanılıb.
Onun spirt və ya narkotikin təsiri altında olduğu, lakin həbs olunarkən polislə əməkdaşlıq etdiyi bildirilir.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ