Onlayn ictimai-siyasi qəzet
Müğənni Camilla mərhum tanınmış bəstəkar Ruslan Əhmədoğlunun ölümündən öncə yazdığı son bəstəsini ifa edib.
Musavat.com xəbər verir ki, ifaçı bəstəkarın müəllifi olduğu “Boş yerə” adlı mahnıya ekran həyatı da verib.
Yeni mahnısı haqda danışan müğənni bəstənin onun üçün çox qiymətli olduğunu deyib:
“Bu mahnı mənə bir ömür onun ölümünü xatırladacaq. Amma onun xatirəsi əbədi bu mahnılarda yaşayacaq. O da istəyirdi ki, bəstələri yaşasın. Dillərdə əzbər olsun, sevilsin. Ruslanın bir çox mahnıları yarımçıq qaldı. Nə xoş ki, mənə də Ruslan Əhmədoğlunun ürəyindən gələn sözlərlə bəstələnən mahnıları oxumaq qismət olub”.
Könül
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ