Onlayn ictimai-siyasi qəzet
Türkiyədə 20-ci əsrin sevilən aktyorlarından biri olan məşhur sənətçi Mətin Akpınarın nikahdankənar qızının olduğu məlum olub.
Məlumata görə, DNT testi nəticəsində Duyqu Nəbioğlunun Akpınarın qızı olduğu təsdiqlənib.
Duyqu instaqram hesabından ağlayaraq açıqlama verib.
“1,5 aya yaxındır heç yatmıram. Çəkişmənin son prosesini gözləyirdim. Bu xəbəri həzm etməliyəm. Soyadımı dəyişmək fikrim yoxdur”.
Daha sonra o, başına gələnlərdən danışıb.
“1988-ci ildə doğulmuşam. Anam tərəfindən kəndə, sonra uşaqlar evinə verildim. 1994-cü ildə isə Nəbioğlu ailəsi tərəfindən övladlığa götürüldüm.
Ailəm tərəfindən cəmiyyətə inteqrasiya olunmağa başlayan macəramın davamında bioloji ailəm və soyumla maraqlandım.
Bu fikir məni Türkiyə cəmiyyətinin sevilən simasına çevrilmiş hörmətli Mətin Akpınarın yanına gətirdi.
Cəmi 21 yaşında universitet tələbəsi olanda faktlar məni çox təəccübləndirdi. Təəssüf ki, heyran olduğum sənətçinin bioloji atam olmasının xoşbəxtliyini yaşaya bilmədim.
Vəkillərim sayəsində Mətin Akpınarın atam olduğu Akseki Asliye Məhkəməsinin qərarı ilə rəsmiləşdi. Ədalət qarşısında bütün hüquqlarımı qoruduq.
Təəccüblənirəm, uzun illərdən sonra gələn xoşbəxtlik həyatımın ilk günü kimi idi. Bunu ictimaiyyətə bildirməyi özümə borc bildim. Bu müddət ərzində mənə dəstək olan və mənə sonsuz sevgi bəxş edən Nəbioğlu ailəmə təşəkkür edirəm”.
Qeyd edək ki, Mətin Akpınar 62 ildir Göksel Özdoğdu ilə evlidir. Cütlüyün evlilikdən heç övladı yoxdur.//Ölkə.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ