Onlayn ictimai-siyasi qəzet
Sonuncu dəfə Serenay Sarıkaya ilə baş rolu paylaşdığı “Ailə” serialı ilə tamaşaçıların qarşısına çıxan türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ ailəsi ilə birlikdə Bodrumda dənizin və günəşin dadını çıxarır.
Yalıkavakda mövsümün yorğunluğunu çıxaran Kıvanç Tatlıtuğ xarici görünüşü ilə gündəm olub. Belə ki, yaraşıqlı aktyorun artıq çəki alması jurnalistlərin gözündən qaçmayıb.
İdman zalından çıxarkən görüntülənən Kıvanç Tatlıtuğ mətbuat mənsublarının suallarını cavablandırıb.
"Bu günlərdə sadəcə istirahət edirəm. Hazırda öncəliyim ailəmdir. Yeni mövsümdə sürprizlər olacaq", - deyə o qeyd edib. (Publika.az)
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ