Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktyor Halil Ergün 45 kilo arıqlamasının sirrini açıqlayıb.
Aktyor buna pəhrizin köməyi ilə nail olduğunu bildirib:
"Səhər bir qaba 4-5 qaşıq qatıq qoyub kivi və ya avokado doğrayıram. Bir qaşıq yulaf əzməsi və bir çay qaşığı bala darçın, qara zirə, kətan toxumu əlavə edib qarışdırıram. Hər gün mütləq bir yumurta yeyirəm. Ümumiyyətlə, çörək yemirəm. Axşamlar lobya, mərcimək kimi paxlalılar yeyirəm. Bu qidalar məni kökəltmir. Üstəlik, ət və ya toyuq da əlavə edə bilərsiniz". (Axşam.az)
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ