İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzdən XƏBƏRDARLIQ: “İran kütləvi miqrasiya dövrünə daxil olur”

Dünən İran Prezident Administrasiyasl yanında Strateji Araşdırmalar Mərkəzi apardığı sorğunun nəticələrinə istinadla xəbərdarlıq edib ki, İran cəmiyyəti yaxın zamanda kütləvi miqrasiya mərhələsinə daxil olacaq.

Musavat.com xəbər verir ki, sözügedən mərkəz “İrandan Xaricə Miqrasiyanın İdarə Edilməsi” başlıqlı hesabatında yazıb ki, ölkə indi, xüsusən də ixtisaslı və kapitallaşmış işçi qüvvəsi arasında miqrasiya üçün “arzu və qərar”ın pik dövründədir.

Hesabata əsasən, mühacirət idmançılar, həkimlər, tədqiqatçılar, sahibkarlar və investorlar arasında daha güclü müşahidə olunur. Bildirilib ki, həkimlər , tibb işçiləri, öyrənci və məzunlar inflyasiyanın yaratdığı iqtisadi təsirlərdən ölkəni tərk edən əsas qruplardır. Belə ki, həkim və tibb işçilərinin 73%-i, öyrəncilərin isə 59%-i inflyasiya səbəbindən ölkədən köçürlər./ Azad İran

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR