Onlayn ictimai-siyasi qəzet
Avropa Çempionatının 1/8 finalında Avstriya futbol millisinin qapısına 2 qol vuran Türkiyə millisinin futbolçusu Merih Demiralın "BOZQURD" işarəsi göstərməsi dünya çapında böyük diqqət cəlb edib.
Bu barədə Musavat.com sosial medianın Türkiyə seqmentinə istinadən xəbər verir.
Belə məlum olur ki, Avstriya dövləti öz ərazisində "BOZQURD" işarəsi göstərməsini yasaqlayıb. Bunun qarşılığında Merih Demiral Avstriyanın qapısına qol atandan sonra məhz bu faşizan yasağa etiraz olaraq, "BOZQURD" işarəsi göstərib.
Merih Demiral həmçinin oyundan sonra müsahibə verərkən də sözlərinə "Nə mutlu Türkəm deyənə!", deyə, başlayıb.
Hazırda sosial medianın Türkiyə seqmentində çağırışlar edilir. Sosial media istifadəçiləri "Merihi yalnız buraxmayaq, yap bir Bozqurd, dünya görsün" şüarı ilə futbolçuya dəstək verirlər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ