İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mərakeş gənc azərbaycanlı rəssamların gözü ilə” müsabiqəsi keçirilir

Mərakeşlə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi və "Yaşıl yürüş"ün 47-ci ildönümünü qeyd etmək üçün Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi, Nərgiz Art Studio və "Holcim Azərbaycan"la əməkdaşlıq çərçivəsində 6-18 yaş arası gənc rəssamlar üçün rəsm müsabiqəsi keçirir.

Səfirlikdən Musavat.com-a verilən məlumata görə müsabiqənin şüarı “Mərakeş gənc azərbaycanlı rəssamların gözü ilə” adlanır. Müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında yaxın əlaqlər yaratmaq və qarşılıqlı anlaşmanı gücləndirmək, eyni zamanda gənc nəsil arasında yaradıcılığa marağı artırmaq, uşaqları faydalı fəaliyyətlərə həvəsləndirmək, onların dünyagörüşünü genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır.

İştirakçılar yarışma əsnasında üç yaş kateqoriyasına bölünərək memarlıq, coğrafi mənzərə, məşhur insanlar, Mərakeş nağılları və ya ölkənin adət-ənənələri kimi Mərakeş elementlərini ehtiva edən sənət əsərlərinin fotoşəkillərini təqdim etməli olacaqlar.

Qaliblər iki mərakeşli rəssam Mahi Binebine və Abderrahim Yamou, eləcə də iki azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın və Nərgiz Quliyevanın iştirak etdiyi münsiflər heyəti tərəfindən seçiləcək.

Rəsm müsabiqəsinin təfərrüatları, o cümlədən qaydalar, mükafatlar, münsiflər heyəti, həmçinin gənc rəssamları ruhlandırmaq üçün gərəkli məlumatları aşağıdakı linkə daxil olmaqla ala bilərsiniz:

https://www.marakeshresm.art/

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR