İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənim Səsim” ilk seçki açıqlamasını yaydı - "Görünməmiş fəallıq müşahidə olunur"

“Səhər 8.00-dan apardığımız müşahidələrdə heç bir seçki pozuntusuna rast gəlinməyib. Seçicilərin çox yüksək fəallığını müşahidə etməkdəyik”.

Musavat.com xəbər verir ki, bu barədə “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının 7 fevral Prezident Seçkisi günü ilə bağlı ilk media açıqlamasında bildirilib.

Açıqlamada bildirilir ki, 7.45-dən Koalisiyanın 500-dən yuxarı müşahidəçisi Seçki Məntəqələrində fəaliyyətə başlayıb:

“Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkənin seçki dairələrinin yarısından çoxunda müşahidələrimiz davam edir. Demək olar, ölkənin bütün seçki məntəqələrində saat 9-dan başlayaraq yüksək seçici fəallığı müşahidə edilməkdədir. Paytaxt Bakı daxil, bir sıra şəhər və rayon mərkəzlərindəki seçki məntəqlərində uzun növbələr yaranıb. Seçicilərin səsverməsi, müşahidəçilərin müşahidə aparması üçün normal şərait var. Məntəqələrdə beynəlxalq müşahidəçilər, eyni zamanda yerli və xarici media sərbəst işləyir”.

Media açıqlamasında o da bildirilir ki, ilk dəfə seçki keçirilən işğaldan azad olunmuş ərazilər seçici fəallığının ən çox müşahidə olunduğu məntəqələrdir:

“”Mənim səsim” Seçki Monitorinq Koalisiyası işğaldan azad olunan bölgələrdəki Seçki Dairələrində də müşahidələr aparır. Xankəndi, Xocalı, Əsgəran, Laçın, Zəngilan, Şuşa, Ağdam, Fizuli, Qubadlı, Cəbrayıl rayonlarının bütün seçki məntəqələrində son dərəcə nümunəvi, ölkənin seçki qanunvericiliyinə uyğun yüksək səviyyəli səsvermə prosesi davam edir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR