İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məni vurub qaçdılar, xəstəxanaya getmək üçün taksi çağırdım” - FOTO

Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosiped vurub.

Bu haqda rejissor özü məlumat yayıb. O bildirib ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında olarkən baş verib.

Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəli 1news.az-a açıqlama verərək, hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırdığını vurğulayıb.

Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib. Onun sözlərinə görə, hazırda Nəsimi rayonu 22-ci polis bölməsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR