“Hər zaman siz həddindən artıq məni çox şişirdirsiniz. O sözlər sizin qəlbinizin gözəlliyi və genişliyidir ki, o cür görürsünüz. Var olun!”
Bu sözləri Xalq artisti Eyyub Yaqubov Əməkdar artist Dilarə Əliyevanın “Dilarənin monoloqları” adlı kitabının təqdimat mərasimində deyib.
Sənətkar fikirlərini qəzəlxan və şair Əliağa Vahidin yazdığı misraları ilə davam edib:
“Əliağa Vahidin şeirlərinin birində bir misra var. O misralar hər zaman yadıma düşür. Misrada deyilir ki, “Qiymətli o şeydir ki, xiridarı gözəldir”. Həmişə belə gözəl olun. Hamımız sizi çox istəyirik. Siz bir söz var – “Uşaqla uşaq kimi, böyüklə böyük kimisiniz”. Hər kəslə, hər bir səviyyədə olanla rahatlıqla ünsiyyət qura bilirsiniz. Bu da sizin nə qədər qəlbinizin zəngin olduğunu göstərir. Sizi bu kitabınız münasibəti ilə ürəkdən və səmimi qəlbdən təbrik edirəm. Sizə gələcək işlərinizdə yalnız uğurlar və müvəffəqiyyətlər arzulayıram. Var olun, çox sağolun”. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ