İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənə qarğış edirsiniz, mənim günahım deyil"

"Bir neçə aydır ki, adım və üzümlə feyk xəbərlər yayıb insanların pullarını oğurlayırlar. Dəfələrlə bu haqda paylaşım etsəm də, yenə inanan var".

Bu sözləri influenser Aynişan Quliyeva haqqında yayılan feyk xəbərlərlə bağlı deyib.  O, açıqlama yayaraq izləyicilərini həmin paylaşımlara inanmamağa səsləyib:

"Birincisi, necə inana bilərsiniz belə söhbətin içində olduğuma? İkincisi, necə düşünə bilərsiniz ki, linkə keçid edib milyonçu olacaqsınız?

Elə xəbər çıxdığı günün səhəri gedib polisə ərizə yazmışam. Amma polis bunu edənləri tapa bilmədi. Ən pisi odur ki, inanıb pulunuzu oğurlatdırırsınız, sonra isə mənə qarğış edirsiniz. Mənim günahım deyil, tanınmışlığımın bədəlidir. Gücümün çatmadığı məsələlər olur"./olay

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR