Onlayn ictimai-siyasi qəzet
"Qaydalara heç əməl etmirəm. Deyirlər, tez yatıb, tez durmaq lazımdır. Amma gec yatıb, tez dururam. Amma aldığım yuxu mənə bəs edir. Hərdən ürəyimiz gülməyəndə, üzümüz gülür. Var-dövlət gəlib keçicidir, əsas hörmətdir. Mən də o hörməti qazanmışam. ".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva videoaçıqlamasında deyib. Müğənni izləyicilərinin suallarını cavablandırıb.
Xanbabayeva verilişlərə getməməsindən danışıb:
"38 ildir efirə az çıxmışam. Zəng vuranda aylarla uzadıram: sentyabrda deyirəm, oktyabrd, oktyabrda deyirəm Yeni ildə. Sosial şəbəkələr yaranandan sonra hərənin bir tribunası var. Buradan asılı qalmışıq. İşimizin bir parçası olub".
İfaçı qapalı geyimləri haqda suallara "Mənə özümdən başqa heç kim çərçivə qoya bilməz" cavabını verib.
Müğənni konsert verəcəyini açıqlayıb:
"Zamanı gəlib. İnşallah, gözəl bir repertuarla qarşınıza çıxaram".
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ