İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp özünü “Sülh Prezidenti” ELAN ETDİ: “Minlərlə insanın həyatını xilas etdim”

ABŞ prezidenti Donald Tramp Tayland və Kamboca arasında atəşkəsə nail olunmasını öz uğuru kimi təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında paylaşım edib.

O, özünü açıq şəkildə “Sülh Prezidenti” adlandırıb:

“İndicə Taylandın baş nazirinin səlahiyyətlərini icra edən şəxs və Kamboca baş naziri ilə danışdım. Prezident Trampın müdaxiləsi sayəsində hər iki ölkənin atəşkəs və sülhə nail olduğunu bildirməkdən məmnunam. Hamını təbrik edirik! Bu müharibəni dayandırmaqla minlərlə insanın həyatını xilas etdik. Komandama danışıqları yenidən başlamağı tapşırmışam. Cəmi altı ay ərzində mən çoxlu müharibələrə son qoymuşam. DÜNYA Prezidenti olmaqdan qürur duyuram!”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR