İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verə bilmirəm” - Razi Nurullayev

“Yaşat” fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb “Yaşat” fondunda vəsaitlərin çox az olmasıdır. Amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var”.

Deputat Razi Nurullayev bunu parlamentin iclasında söylədi. Ardınca bildirdi ki, hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür: “Təklif edirəm ki, Neft fondundan hər il birdəfəlik vəsait “Yaşat” fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, “Yaşat” fonduna vəsait köçürməkdə davam etsinlər. Bununla bərabər, yüzlərlə müharibə iştirakçısı müalicəsinin davam etdirmək üçün, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstə. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir. Qınamaq da olmur. Onların iş yerləri ilə təminatında çox ciddi problemlər mövcuddur. Onda sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Doğurdan da taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var”.

R.Nurullayevin fikrincə, normal ali və peşə təhsili yoxdur ki, iş bazarında axtarışa çıxsın, valideynləri varlı-hallı deyillər ki, övladlarının xərclərini ödəsin, tam da əlil deyillər ki, aylıq vəsait alsınlar: “Onun üçün də həm biz, həm də aidiyyatı dövlət qurumu bu məsələni gözardına almasın. Təklif edirəm ki, bu məsələ ilə bağlı bir dinləmə keçirək. Vallah, onlara yazıqdır. Bəlkə, verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz, həm də hökumət bəyənəcək. Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verə bilmirəm”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR