Onlayn ictimai-siyasi qəzet
Mel Gibson: “Yeni düzən naminə Los-Anceles məhv edildi”
Məşhur Hollivud aktyoru Mel Gibson Kaliforniyada baş verən dağıdıcı yanğınlarla bağlı sərt açıqlamalar verib.
Musavat.com xəbər verir ki, aktyorun Los-Ancelesdəki malikanəsi də yanğınlar nəticəsində zərər görüb. “Fox TV” kanalında çıxış edən Gibson, baş verənləri “yeni düzən naminə bütün şəhərin məhvi” adlandırıb.
Aktyor Hollivudun indiki vəziyyətini də tənqid atəşinə tutub. Onun sözlərinə görə, sənaye artıq çoxdan nüfuzunu itirib və etik prinsiplər ciddi şəkildə pozulub. “Təhlükəsizlik və etibar artıq yoxdur. Bu sahə nəinki yaradıcılıq baxımından, hətta mənəvi baxımdan da tənəzzülə uğrayıb,” – deyə o bildirib.
Gibson çıxışında Kaliforniya hakimiyyətini də hədəfə alıb. O, Los-Ancelesin su ehtiyatlarının məqsədli şəkildə israf edildiyini və bunun şəhərdəki ekoloji problemləri daha da dərinləşdirdiyini iddia edib. “Yanğınların qarşısını almaq üçün kifayət qədər tədbir görülmədi. Resurslar düzgün idarə olunmur və bu, əhalinin təhlükəsizliyini təhdid edir”, – deyə aktyor əlavə edib.
Sosial mediada rezonans doğurdu
Mel Gibsonun bu bəyanatları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun fikirlərinə dəstək olanlar da, tənqid edənlər də var. Bəzi istifadəçilər aktyorun dediklərini “cəsarətli və həqiqəti üzə çıxaran” fikirlər kimi qiymətləndiriblər. Digərləri isə onun sözlərini spekulyativ adlandıraraq, hakimiyyətə və Hollivuda qarşı əsassız ittihamlar irəli sürdüyünü bildiriblər.
Yanğınların fəsadları
Qeyd edək ki, Kaliforniyada baş verən bu dağıdıcı yanğınlar Los-Anceles və ətraf ərazilərdə böyük maddi ziyana səbəb olub. Minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb, çoxlu sayda tikili məhv olub. Yanğınların səbəbləri ilə bağlı araşdırmalar hələ də davam edir.
Mel Gibsonun açıqlamaları fonunda Hollivud və Kaliforniya hakimiyyətinin bu məsələlərə necə reaksiya verəcəyi maraqla gözlənilir. Aktyorun fikirləri ictimaiyyətin diqqətini Kaliforniyada illərdir davam edən su israfı və ekoloji problemlərə yönəldib. Bu mövzu ətrafında müzakirələrin daha da dərinləşəcəyi gözlənilir.
Musavat.com
13 Yanvar 2025
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ