İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli qız hicabını açdığı üçün vəhşicəsinə DÖYÜLDÜ - FOTO

İranın Urmiya şəhərində məktəbli qız hicabını açdığına görə ağır şəkildə döyülüb və huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Musavat.com bu barədə “Azad İran”a istinadən xəbər verir.

Bildirilir ki, hökumət qüvvələri məktəblinin ailəsinə təzyiq edərək məsələni ictimailəşdirməməyi, qızın guya xəstə olduğunu demələrini tələb ediblər.

İran mediası hadisənin əks-inqilabçılar tərəfindən şişirdildiyini, şagirdin baş ağrısı səbəbindən özündən getdiyini və xəstəxanada müalicə olunduğunu iddia edir.

Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin yaydığı açıqlamada isə yeniyetmənin baş gicəllənməsinə görə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, Məhsa Əmini İranın əxlaq polisi tərəfindən döyülərək komaya düşdüyü zaman da İran rəsmiləri oxşar iddialar səsləndirmişdilər.

Belə ki, rəsmilər onun xəstə olduğu üçün xəstəxanaya yerləşdirildiyini, Məhsaya qarşı zorakılıq edilmədiyini iddia edirdilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR