İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə bu qədər vakant yer boş qalır

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

Bu il MİQ üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub.

MİQ imtahanlarında iştirak edən 50 264 namizəd arasından isə 5740 nəfər vakansiya seçimi mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb. Statistikalar onu göstərir ki, bu il təxminən 5 mindən çox vakant yer boş qalacaq. 

Ötənilki statistikaya əsasən MİQ üzrə 8860 vakant yeri ayrılıb. Müsabiqənin test imtahanı mərhələsində iştirak edən 47 586 namizəddən 5660 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsində isə ümumi 4300 nəfər uğur qazanıb. 

Beləcə ötən il 43 286  nəfər namizəd müəllim ola bilməyib. Nəticə etibari ilə 4560 vakant yeri boş qalıb./AzEdu.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR