İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbdə verilən yemək 200 uşağı zəhərlədi: Altısının vəziyyəti...

Rusiyanın Novoçeboksarsk şəhərində məktəb yeməkxanalarında yeməkdən kütləvi zəhərlənmə halı qeydə alınıb.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, noyabrın 15-də baş verən zəhərlənmədən zərərçəkənlərin sayı 209 nəfərə çatıb.

Baza Telegram kanalının yaydığı məlumata görə, 6 uşaq xəstəxanaya yerləşdirilib, yüngül zəhərlənən 194 uşaq və 9 böyük ambulator şəraitdə müalicə olunur.

Çuvaşiya səhiyyə idarəsinin məlumatından aydın olub ki, hadisə baş verən gün orta məktəblərə və kadet məktəbinə eyni şirkət tərəfindən günorta yeməyinə plov və balıq şorbası verilibmiş. Fakt üzrə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2024

17 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR