İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhsa Əmininin məzarı dağıdılıb

Son illər ölkəni bürümüş etiraz aksiyalarının simvolu olan Məhsa Əmininin xatirəsinin aşağılanması üçün İran hakimiyyəti bir-birinin ardınca qeyri-insani metodlara əl atır.

AzVision.az xəbər verir ki, ötən günlərdə hökumət qüvvələri hədə-qorxu və təzyiqlər yolu ilə Məhsa Əmininin məzarı üçün çardaq tikilməsinin qarşısını aldıqdan sonra, hücum nəticəsində onun məzarının bir hissəsi dağıdılıb. Məhsa Əmininin ailəsinin vəkili Saleh Nikbəxt bununla bağlı verdiyi müsahibədə məlumat, onlara ciddi təzyiq göstərildiyini deyib.

“Təəssüflər olsun ki, bazar günü səhəri əvvəllər də eyni əməlləri törətdiyi məlum olan insanlar Məhsa Əmininin adını daşıyan məzara hücum edərək dağıdıblar. Məhsanın valideynlərinin mənə göndərdiyi fotolar da bunu təsdiqləyir. Məhsanın qəbri üzərində çardaq tikilməsinə də mane olublar. Çardağı tikməli olan qaynaqçını dükanının möhürlənəcəyi ilə hədələyərək bu işdən çəkinməyə məcbur ediblər” - Nikbəxt söyləyib.

İran hakimiyyətinin belə metodlarla siyasi mübarizənin simvolunu təhqir etməsi və cəmiyyəti mübarizədən çəkindirməyə çalışması teokratik rejimin öz aqoniyasını uzatmaq cəhdlərindən xəbər verir. Amma xalqın qəzəb selinin qarşısını almaq tarixdə hələ heç bir istibdadçı rejimə müyəssər olmayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR