İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyeva Səid Nəcəfzadəni TƏBRİK ETDİ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paralimpiya çempionu olan Səid Nəcəfzadəni təbrik edib.

Musavat.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu barədə instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Paraatlet Səid Nəcəfzadəni "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR