İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mehriban Ələkbərzadənin bu sözlərinə görə işdən çıxdım” - VİDEO

Aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından çıxıb. 

Buna səbəb onun teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub. Bu haqda Corc özü açıqlama verib:

“İşdən çıxmağıma səbəb Mehriban Ələkbərzadənin “Cəhənnəmə, qara-gora oyna. Mən də səni istəmirəm. Ərizəni yaz və işdən çıx” sözləri olub. Azərbaycan kinosunun vəziyyəti hamıya bəllidir. Mən oradan bərk yapışacaq adam deyiləm. Teatrın mənə ehtiyacı var idi, ona görə orada idim.

Mehriban Ələkbərzadənin aktyorlarla kobud rəftarını görmüşəm. Hamı qorxur ki, aldıqları 600, 800 manat maaşı itirəcəklər. Məşq vaxtı dedi, sıfırsan, kobudsan, kötüksən. Axırda cavab verdim ki, rolu istəyərək oynamıram. Dedi, cəhənnəmə oyna”. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR