İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mehr” Amerikanın Cənubi Qafqaz niyyətindən yazdı - Ermənipərəst səfir ifşa olunur - SENSASİYA

İran hakimiyyətinə yaxın “Mehr news”da olduqca maraqlı məqalə dərc olunub.

Musavat.com-un xəbərinə görə, məqalədə bildirilir ki, Amerika Gürcüstanı Ermənistanla əvəzləyir.

Bu, əslində, bizə məlum məsələdir və bu barədə çoxsaylı yazılar da dərc etmişik. Ancaq İran hakimiyyətinə yaxın bir saytda bu cür məqalənin dərc olunması başqa məsələlərdən də xəbər verir.

Nədir o məsələlər?

Öncə xatırlatma edək ki, doğrudan da ABŞ son zamanlar apardığı siyasətlə göstərir ki, Cənubi Qafqazda artıq Gürcüstanın yaxasını buraxıb. Başa düşüb ki, Gürcüstanın əli ilə istəyinə çata bilməyəcək. O, ermənilərin çoxdan maşa rolunu oynadığını yaxşı başa düşdüyü üçün qarmaqlarını Ermənistana atır.

Məsələn, ötən ay ABŞ Gürcüstanla planlaşdırdığı hərbi təlimləri təxirə saldı. Amma Ermənistanla analoji təlimləri yüksək səviyyədə keçirdi. ABŞ-ın Ermənistan Müdafiə Nazirliyinə müşavir təyin etmək niyyətini rəsmən açıqlaması, Aİ-nin missiyasının İranla sərhəddə yerləşdirilməsi də bu əlaqələrə aid xüsusi məqamlardır.

Onu da bildirək ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi də dayandırılıb.

AVRO SON.jpg (48 KB)

Bunu Avropa Şurasının sammitindən sonra Aİ liderləri çox aydın şəkildə bəyan ediblər. Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski deyib ki, mövcud Gürcüstan hökumətinin niyyətləri Aİ liderləri üçün aydın deyil.

“Xarici təsirin şəffaflığı haqqında” qanun açıq-aşkar geriyə addımdır. Təəssüf ki, hazırda Gürcüstanın Aİ-yə qəbulu prosesi dayandırılıb”, - o deyib və əlavə edib ki, Aİ “Xarici agentlər haqqında” qanuna görə, Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub və hökumətə birbaşa yardımı azaltmaq, eyni zamanda media və mülki qurumlara yardımı artırmaq niyyətindədir.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu maraqlı şərh verib.

ELXAN.jpg (68 KB)

Politoloq bildirib ki, yaxın perspektiv Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi və Avropa İttifaqına üzvlük üçün Brüsselə müraciət etməsidirsə, uzaq perspektiv ABŞ və Fransanı Ermənistanda mobil atom elektrik stansiyalarının tikintisinə təşviq etməkdir:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtondakı görüş və müzakirələrinin bir qismi məhz bu mövzuya həsr olunub. İrəvan Vaşinqtona təkliflərini verib. Vaşinqton Ermənistanın Rusiyanın enerji asılılığından qurtulmasını istəyir. Ancaq bu o demək deyil ki, Vaşinqton yaxın müddətdə Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə başlamağa hazırdır. Nikol Paşinyan Vaşinqtonun yanındadır, ancaq bir gün onu devirsələr və ya hakimiyyətdən uzaqlaşdırsalar, yerinə gələn Rusiyanın adamı çıxsa, necə olacaq?”

Reallıqlar göz önündədir.

“Mehr”də yazılan məqalədən belə başa düşülür ki, bunu rəsmi Tehran da yaxşı başa düşür. Bir nəfər başa düşmür ki, o da İranın Ermənistandakı səfiri Mehdi Sübhanidir. Sübhani Amerikanın adamı olduğunu hər açıqlamasında büruzə verir. Əksər hallarda elə danışır ki, sanki İranın prezidentidir.

MEHDİ.jpg (64 KB)

Məsələn, bu ilin fevralında o, ermənisayaq mövqe tutaraq Ermənistana Hindistan silahlarının tədarükünə dair sualı cavablandırarkən demişdi ki, Tehran Ermənistanın gücləndirilməsinin, regionda sülh və sabitliyə kömək edəcək həll yollarının tərəfdarıdır:

“Biz Ermənistanın möhkəmlənməsi və güclənməsinin tərəfdarıyıq. Regionda sülh və sabitliyə kömək edəcək hər şeydə ona kömək etməyə hazırıq”.

O, Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə qarşı çıxaraq Ermənistandan keçəcəyi arzulanan ideyaya üstünlük verdiklərini vurğulamışdı.

CENUB.jpg (132 KB)

Səfir Azərbaycanla Ermənistan arasında sərhədyanı ərazidə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşməsinə qarşı da heç vaxt mənfi münasibət bildirməyib.

İyunun 28-də İranda keçirilən növbədənkənar prezident seçkisinin birinci turunda İrəvanda səs verən Sübhani jurnalistlərə açıqlamasında Ermənistanı İranın “səmimi qonşusu” adlandıraraq seçkidən sonra Tehranın İrəvanla bağlı siyasətinin dəyişməyəcəyini bəyan edib, həmçinin Ermənistanla İranın təhlükəsizliyinin, maraqlarının bir-birinə bağlı olduğunu, bu prinsipial siyasətin hökumətin dəyişməsi ilə dəyişməyəcəyini vurğulayıb. İranın Ermənistanla hərbi əməkdaşlığının mümkünlüyü barədə suala isə səfir - “Biz Ermənistanla ölkələrimizin maraqlarına cavab verən bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq”, - şəklində cavab verib.

Sübhani açıq-aşkar Ermənistanın tərəfini tutmaqla Qərbin maraqlarına xidmət edir. Üzdə səfirə ermənipərəst deyirlər. Ancaq dərindən araşdırdıqda səfir sadəcə olaraq İranı sanksiyalar altında saxlayan, inkişafına mane olan Amerikaya xidmət edir.

Qərbin Ermənistanda möhkəmlənməsinə göz yuman səfir bu haqda Tehrana yanlış məlumatlar verərək İranın başının altına yastıq qoymaqla məşğuldur.

İRANİ .png (999 KB)

Təkcə yuxarıdakı açıqlamalar deyil. Səfərin bütün fəaliyyəti Azərbaycanla İran arasındakı münasibətləri korlamağa yönəlib. Elə ötən ay səfirin “Azadlıq Radiosu”na verdiyi müsahibəni götürək. Orada da səfir ermənilərin tərəfini tutaraq sərsəmləmişdi.

Sitatlar: “Ermənilərin Qarabağda hüquqlarının qorunmasına əməl edilməlidir”; “Qarabağ ermənilərinin aqibəti yara kimidir və müalicə olunmalıdır”; “İranın Ermənistanla sərhədlərinin təhlükəsizliyi hələ də bizim “qırmızı xətt"imizdir”.

Sübhani İrandakı bəzi qüvvələrlə birlikdə İran-Azərbaycan münasibətlərinin normallaşmasına imkan verməmək xəttini davam etdirir, Qərbin Ermənistanda İrana qarşı plasdarm yaratmasına isə göz yumur. Bu qüvvələrin əslində Qərbin maraqlarından çıxış etməsi söhbətin Qərb agenturasından getdiyini deməyə əsas verir.

Hakimiyyətə yaxın “Mehr” agentliyində bu cür məqalənin yayılması bizə deməyə əsas verir ki, İran artıq təhlükənin haradan gəldiyinin fərqindədir. Ona görə də səfirin bu cür canfəşanlığı, sərsəm açıqlamalar verməsi nəticəsiz qalacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR