İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Jirinovskinin nikahdankənar oğluna rədd cavabı verib

Moskvanın Nikulinski rayon məhkəməsi Liberal Demokrat Partiyasının yaradıcısı, siyasətçi Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Eydelşteynlə qohumluğunu tanımaqdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “Moskva” xəbər agentliyi məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Məhkəmə iddianı qəbul etməkdən imtina edib, çünki eyni tərəflər arasında mübahisə üzrə Kabardin-Balkar Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var”, - mənbə bildirib.

Məlum olub ki, Eydelşteyn 2022-ci ildə eyni tələblə (Jirinovskinin oğlu kimi rəsmən tanınması ilə bağlı) Nalçik məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin edəndən sonra, həmin il maraqlı şəxsdən müraciət daxil olub və məhkəmə Jirinovski ilə Eydelşteyn arasında münasibətlərin tanınması barədə qərarını ləğv edib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Oleq Eydelşteyn bu günə qədər anasının soyadı ilə yaşayıb. V.Jirinovski Oleqin onun oğlu olduğunu media və ictimaiyyət qarşısında elan edib.  Hazırda Oleq Eydelşteyn ona görə atası Jirinovskinin oğlu olmasını təsdiq etdirmək istəyir ki, onun çoxmilyonluq mirasında sahib çıxsın və yaxud pay sahibi olsun.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR