İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə iğtişaşçı kimi döyülən müğənninin iddiasını rədd edib

Astana məhkəməsi qırğız müğənni Vikram Ruzaxunovun Qazaxıstan Daxili İşlər Nazirliyinə qarşı iddiasını rədd edib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, musiqiçi ötən ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlarda şübhəli şəxs kimi tutulduqdan sonra bu ölkənin hüquq-mühafizə orqanlarının işçilərinin təhqir və işgəncəsinə məruz qalıb.

Qısa müddətd, məsələyə iki ölkənin rəhbərlərinin qarışmasında  azad edilib ölkəsinə göndərilən Ruzaxanov sonradan Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia qaldırmışdı.

Musiqiçinin İnstaqramda verdiyi məlumata görə, məhkəmə iş üzrə dörd hazırlıq iclası və üç iclas keçirib. Qırğızıstanlının vəkilləri onun haqqında yayılan məlumatın həqiqətə uyğun olmadığını tanımağı və Daxili İşlər Nazirliyini ictimaiyyət qarşısında üzr istəməyə məcbur etməyi xahiş ediblər.

“Məhkəmədə Almatı polis idarəsinin mətbuat xidmətinin rəhbəri Saltanat Azirbek dindirilib. Onun sözlərinə görə, 2022-ci il yanvarın 8-də o, Almatı telekanalının işçiləri və operatoru ilə birlikdə Koşmambet kəndindəki qəbul məntəqəsinə gedib və orada Vikram Ruzaxunov da daxil olmaqla saxlanılan 4 nəfərdən müsahibə götürüblər. Sonra bütün materiallar internet vasitəsilə yayılıb və Qırğızıstanda bu videoları görəndən sonra Vikramı tanıyıblar. 

Şahid vəkillərin suallarına cavab olaraq izah edib ki, müsahibə götürmək üçün ona kimin göstəriş verdiyini xatırlamır. İddialara görə, o, musiqiçinin üzərində heç bir döyülmə əlaməti görməyib, ancaq ayaqqabısının bağlanın açılmış olduğunu görüb. Saxlanılanların adları ona verilməyib.

Məhkəmə Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri M.Maxambetovanı da dindirib. Onun sözlərinə görə, yayılan materiaı Almatı polisindən gəlib. O, videonun Qazaxıstan telekanalına necə daxil olduğunu deyə bilməyib. 

 Vikram Ruzaxunov məhkəmənin qərarından yuxarı instansiyaya şikayət etmək niyyətindədir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR