İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: Fələstinlilərə Qəzzadan çıxmaq imkanı verəcəyik, amma bütün əraziləri tam nəzarətə almaq istəyirik

İsrail Baş naziri Binyamin Netanyahu son açıqlamalarında müharibə ilə bağlı önəmli mesajlar verib.

Musavat.com xəbər verir ki, Netanyahu bildirib ki, əvvəlcə toqquşma bölgələrindən, xüsusilə Qəzza daxilində fələstinlilərə regiondan çıxmaq imkanı yaradılacaq. O qeyd edib ki, fələstinliləri zorla çıxarmaq niyyətində deyillər, lakin onların getmələrinə icazə verilir.

Netanyahu həmçinin vurğulayıb ki, Qəzzada əvvəlki qismən razılaşmalara qayıtmaq mümkün deyil, çünki fələstinlilər onları aldatıblar və indi İsrail bütün əraziləri tam nəzarət altına almaq istəyir.

Baş nazir əlavə edib ki, İranın atom bombası ilə İsraili məhv etmə planını iflasa uğradıblar və iki böyük təhlükəni aradan qaldırıblar. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR