İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhərrəm İncəni şantaj edən 5 nəfərə 9 il cəza istənilir

Ankara prokurorluğu "Vətən" partiyasının sədri Məhərrəm İncənin sosial media hesabında yayılan iddialarla bağlı başladılan istintaqı tamamlayıb və 5 müttəhim haqqında hər birinə 9 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırıb.

Musavat.com xəbər verir ki, prokurorluğun hazırladığı iddianamədə şübhəli şəxs qismində Mehmet Galoğlu, Ozan Özgür Doğru, Səlim Faruk Kızılırmak, Soner Hakkı Çoruh və Yusuf Turan yer alıb.

İttihamnamədə təqsirləndirilən şəxslərə "şəxsi həyatla bağlı görüntü və səsləri yayma" və "şəxsi məlumatları qanunsuz olaraq əldə etmə və ya yayma" ittihamları ilə 9 ilə qədər həbs cəzası istənilib.

İttihama görə, 2023-cü il mayın 10-da prezidentliyə namizəd Məhərrəm İncə sosial media hesabında qəzetçilərə və prokurorlara müraciət edərək FETÖ-nün hiylə və şantajına məruz qaldığını bildirmişdi. Partiya sədri iddia edirdi ki, ona prezidentliyə namizədlikdən geri çəkilməsi üçün təzyiq edirlər.

Bundan sonra Ankara prokurorluğu sözügedən yazıda yer alan iddiaları araşdırmaq üçün istintaqa başlamışdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR