Onlayn ictimai-siyasi qəzet
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, təcrübəli hücumçu "Barselona"nın diqqət mərkəzindədir.
Misirli oyunçunun mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatacaq. Lakin klub rəhbərliyi kontraktın uzadılması üçün hələ heç bir addım atmayıb. Oyunçunun da komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Salah 2024/25 mövsümündə "qırmızılar"ın forması ilə meydana çıxdığı 17 matçda 10 qola və 10 məhsuldar ötürməyə imza atıb.
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ