İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəmməd Füzulinin məzar daşı yeniləndi - Azərbaycan şairi olduğu yazıldı

Azərbaycan şairi Məhəmməd Füzulinin məzar daşı yenilənib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfirliyinin sosial media hesabında məlumat verilib.

Məlumatda yazılıb:

"İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidində yerləşən Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş mötəbər şairimiz Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənərək məzarın üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb".

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalamışdı.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR