İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevin 101-ci hədəsi - nüvə terroru

Dmitri Medvedyev ABŞ-ı nüvə silahı ilə 11 sentyabr hadisələrinin təkrarlanacağı ilə hədələyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram-da ABŞ-a qarşı ittihamlar səsləndirdiyi yeni yazı dərc edib. O, bu ölkəni “kobudluq”, “iyrənc narsisizm” və “universal tazılıq”da ittiham edib.

"Hansısa bir anda terrorçular yenidən 09/11/2001-ci il üslubunda, lakin atom və ya bioloji tərkibli hücum həyata keçirəcəklər", - Rusiyanın eks-prezidenti deyib.

O, həmçinin hesab edir ki, kütləvi qırğın silahlarından istifadənin başqa variantını da istisna etmək olmaz: “Nüvə ölkələrinin liderlərindən biri əsəblərini itirəcək və o, emosional qərar verəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR