İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev yenə hövlləndi, Londonu suya batırmaqla hədələdi

“Böyük Britaniya Rusiyanın əbədi düşməni olub və olacaq”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müxalif siyasətçi Vladimir Kara Murzanı 25 il həbs qərarı verən hakimin və müstəntiqlərdən ibarət 5 nəfərə qarşı sanksiyalar tətbiqini şərh edərkən bildirib.

“Tüpürüm onların qərarına…Britaniya bizim əbədi düşmənimiz olub və olacaq. Onların həyasız və iyrənc, rütubətli adası Rusiyanın ən son silah sisteminin yaratdığı dalğadan dənizin dibinə gedənə qədər belə olacaq”, – Medvedev Telegram kanalında bu sanksiyaları şərh edərkən yazıb.

O, əlavə etdi ki, Britaniyalıların özlərini müstəsnalığına inamları əcaibdir. “Onların bu müqəddəs inamına görə, bu, dəhşətli cəzadır və Rusiya rəsmiləri bunu eşidəndə isterikaya düşəcəklər”.

Medvedyev Britaniyanın sabiq və hazırkı rəhbərlərini “qəribə idbar varlıqlar” adlandırıb.

Qeyd edək ki, Britaniya müxalifətçi Kara Murzanın həbs qərarını verən Moskvanın Basmannı Məhkəməsinin hakimi Yelena Lenskayaya həmçinin bu iş üzrə iki müstəntiq – Denis Kolesnikov və Andrey Zadaçina sanksiya tətbiq edib. Sanksiya siyahısına Rusiya Federasiyası FSB-nin iki əməkdaşı – Aleksandr Samofal və Konstantin Kudryavtsev də daxil edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR