Onlayn ictimai-siyasi qəzet
Dmitri Medvedev Ukrayna münaqişəsinin həlli ilə bağlı: “Rusiyanın şərtlərindən biri...”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna münaqişəsinin həlli ilə bağlı şərtləri açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın sülh prosesində iştirak etməsi üçün əsas şərtlərdən biri Qərb ölkələrinin Moskva üzərinə qoyduğu sanksiyaların ləğvidir.
Medvedev həmçinin qeyd edib ki, sanksiyaların ləğvi ABŞ-dan Avropaya göndərilən mayeləşdirilmiş təbii qazın (LNG) mövqeyini zəiflədə bilər: “Sanksiyalar götürülsə, Avropada ABŞ-nin LNG bazarındakı mövqeyi ciddi şəkildə zəifləyəcək.”
Rusiya rəsmisinin bu bəyanatı Qərblə Moskva arasında davam edən gərginliyin fonunda diqqət çəkib. Ukrayna müharibəsi səbəbindən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi geniş sanksiyalar enerji bazarına da təsir edib, xüsusilə də Avropanın enerji təminatında ABŞ-ın LNG tədarükü mühüm rol oynamağa başlayıb.
Medvedevin bu açıqlamaları Moskvanın sülh danışıqları ilə bağlı daha sərt mövqe tutduğunu və iqtisadi təsirləri ön planda saxladığını göstərir. Müzakirələrin necə nəticələnəcəyi isə hələ də qeyri-müəyyən olaraq qalır.
Musavat.com
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ