İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev: "Ukraynanın atəşkəsdən imtina etməsi..."

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, Milad bayramında ukraynalılara “xristian mərhəmət əlini uzadıblar”, lakin Kiyev bunu rədd edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, siyasətçi Ukraynanın atəşkəsdən imtina etməsinə öz Telegram kanalında şərh verib.

Medvedyev deyib: “Düşünürəm ki, müharibədə iştirak edən hərbçilərimizin əksəriyyəti Ukraynanın əsas klounlarının Milad bayramında atəşi dayandırmaqdan imtina etdiyini eşidəndə rahat nəfəs allblar. Problemlər və hiyləgərlik daha az olacaq”.

Yanvarın 5-də Rusiya prezidenti Vladimir Putin bütün hərbi təmas ərazisində atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib, o, 36 saat - yanvarın 6-sı günortadan 7 yanvar gecə yarısına kimi davam edəcək.

Ukrayna prezidenti Vladimir Zelenski bu atəşkəs elanının Ukrayna hərbçilərinin Donbasda irəliləyişini “ən azı qısa müddətə dayandırmaq” və texnika, sursat və çağırışçıları Ukrayna mövqelərinə yaxınlaşdırmaq məqsədi daşıdınını bildirib və təklifi rədd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR