İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Kissincerin Ukraynaya dair çağırışını "xırdaladı"

RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Henri Kissincerin Ukraynanı NATO-ya qəbul etmək təklifini şərh edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Medvedyev belə bir fikir bildirib ki, vəziyyəti düzgün qiymətləndirmək üçün hipotetik təhlükə haqqında deyil, birbaşa və aşkar təhlükə haqqında düşünmək lazımdır. Siyasətçi təklif edib ki, Ukrayna indi NATO-ya üzv olarsa, aşağıdakılar baş verəcək:  1) NATO artıq ölkəmizlə hibrid müharibə aparacaq; 2) Ukrayna millətçi rejimi itirilmiş əraziləri geri qaytarmaq cəhdindən əl çəkməyəcək; 3) bütün mümkün vasitələrlə buna sərt cavab verməli olacağıq; 4) Vaşinqton müqaviləsinin 5-ci maddəsi işə düşəcək.

Rusiya Federasiyasının eks-prezidenti vurğulayıb ki, münaqişələr zamanı ekzistensial təhlükələrin qarşısının alınması ilə bağlı arqumentlər səmərəsizdir.

NATO nizamnaməsinin 5-ci maddəsində deyilir ki, alyansın ən azı bir üzvünə silahlı hücum edilərsə, bu, bütövlükdə bloka hücum demək olacaq və müttəfiq ölkələr zərər çəkən tərəfə yardım göstərməyə borcludurlar.

Bundan əvvəl məlumat verilmişdi ki, Kissincer ABŞ və Çini bəşəriyyətin mövcudluğu üçün əsas təhlükə adlandırıb, həmçinin Ukrayna rəhbərliyinin təcrübəsizliyinə görə onu NATO-ya qəbul etməyə çağırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR