İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev Baydenin yaddaş pozğunluğuna istehza edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putini “əzmək” istəyini şərh edərkən, bunun baş verməyəcəyinə, o cümlədən Baydenin “demensiyasına” görə əmin olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qalmqallı siyasətçi öz Telegram kanalında yazıb: “Bayden prezidentliyə namizədliyini irəli sürmək, bütün Avropanı birləşdirmək və Rusiya prezidentini “devirmək” arzusunu bəyan edib”, –.

Medvedyev istehza ilə qeyd edib: “Deməli, bu, ABŞ prezidentinin missiyasıdır! Biz sadəlövhcəsinə düşünürdük ki, bu, Amerikanın çiçəklənməsini təmin etmək üçün edilir”.

“Hər halda, bunların heç biri baş verməyəcək. Səbəblərdən biri odur ki, o, dediklərini artıq unudub. Demensiya faydalı bir şeydir”, - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini yekunlaşdırıb.

Onu da qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri eks-prezident D.Medvedyev qalmaqallı və ultra-radikal açıqlamalarla çıxış edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR