Onlayn ictimai-siyasi qəzet
Rusiya nümayəndə heyətinin İstanbulda keçirilən sülh danışıqlarındakı rəhbəri Vladimir Medinski 2022-ci ildə Ukrayna ilə aparılan danışıqların detalları barədə danışıb və həmin dövrdəki şərtlərlə indiki vəziyyəti müqayisə edib.
Musavat.com xəbər verir ki, Medinski bildirib ki, 2022-ci ildə keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti daha müstəqil və sərbəst davranırdı. Onun sözlərinə görə, əgər Kiyev sülh istəsəydi və qərarları özü qəbul etsəydi, Moskva ilə sülh sazişi 2022-ci il fevralın 28-də imzalana bilərdi. Həmin dövrdə Ukraynaya təklif olunan şərtlər daha yumşaq idi.
O həmçinin qeyd edib ki, İstanbul görüşünə hazırlanan sənəd 19 səhifədən ibarət idi və bu sənədə yalnız 1-2 düzəlişi şəxsən Prezident Vladimir Putin etmişdi. Medinskinin sözlərinə görə, 2022-ci ilin aprelində razılaşma layihəsi Prezident Volodimir Zelenskiyə təqdim edildikdən sonra o, iki həftə ərzində heç bir reaksiya verməmişdi. Ardınca isə ona Böyük Britaniyanın o vaxtkı Baş naziri Boris Conson, ABŞ Dövlət katibi və Pentaqon rəhbəri baş çəkmişdi.
Musavat.com
10 Iyun 2025
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ