İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

Mayın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində təşkil olunmuş MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 56-cı iclasında iştirak edib.

Musavat.com xəbər verir ki, tədbirdən əvvəl Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon MDB ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib, sonra iclas öz işinə başlayıb.

MDB məkanında beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa, dini ekstremizm və radikalizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin aparılmasının, habelə region ölkələrinin üzləşdiyi xarici təhdidlərin vaxtında zərərsizləşdirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin aparılmasının vacibliyi iclasın əsas müzakirə mövzusu olub.

Qeyd olunub ki, göstərilən istiqamətlərdə MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması üçün bundan sonra da bütün imkanlar səfərbər edilməli, qurumların qüvvə və vasitələrindən təhlükəsizliyə mənfi təsir göstərən halların aradan qadırılması yönündə daima səmərəli istifadə olunmalıdır.

Tədbir ərzində MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR