İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası oktyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.

“Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Şuranın Səmərqənddə keçirilən geniş tərkibli iclasında məlumat verib.

“Məhdud tərkibdə keçirilən görüşdə növbəti iclasın 2023-cü il oktyabrın 12-də Bişkekdə keçirilməsi qərara alınıb”, - Lebedev bildirib.

Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR