İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB ölkələrinin XİN başçıları apreldə toplaşacaq

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının aprel iclasının ilkin gündəliyinə 10 məsələ, o cümlədən xarici siyasətdə qarşılıqlı fəaliyyət proqramı daxildir.

Bunu MDB-nin Baş katibi Sergey Lebedev Minskdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, XİN başçıları Birlik ölkələrinin diplomatik qurumları arasında, xüsusən də beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin vəziyyətini müzakirə edəcəklər: “Gündəlikdə xarici siyasətdə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi məsələsi var”.

S.Lebedev qeyd edib ki, iclasda növbəti iki il üçün Birlik ölkələrinin idman paytaxtları təsdiqlənəcək, MDB-nin əsas təşkilatları haqqında məsələlərə baxılacaq.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR