İnsanlara hürriyət, millətlərə istiqlal!

Maykl Ceksonun corabı hərracda satıldı – qiyməti heyrətləndirdi!

Musavat.com xəbər verir ki, pop musiqisinin əfsanəsi Maykl Ceksona məxsus unikal səhnə corabı Fransada keçirilən hərracda 6,200 avroya alıcı tapıb.

Corab sənətçinin 1997-ci ildə Fransanın Nitssa şəhərində baş tutan konserti zamanı geyindiyi səhnə geyiminin bir hissəsi olub.

Corabın hekayəsi də bir o qədər maraqlıdır: “Le Figaro” nəşrinin məlumatına görə, konsertdən sonra bu corab Ceksonun qrim otağının yaxınlığında tapılıb. Daha sonra sənətçinin dünya turunda texniki heyətdə çalışmış bir şəxs tərəfindən illərlə saxlanılıb.

Unikal eksponat səhnə arxasına keçid vəsiqəsi ilə birlikdə xüsusi çərçivədə təqdim olunub (bax: şəkil). Hərracda bu sentimental əşya, Maykl Cekson pərəstişkarlarının diqqətini çəkərək, gözləniləndən daha yüksək qiymətə – 6,200 avroya satılıb.

Xatırladaq ki, Maykl Cekson bu konsertdə çıxış edərkən “HIStory” dünya turu çərçivəsində səhnəyə çıxmışdı və həmin illərdə geyindiyi əşyalar bu gün kolleksiyaçılar üçün yüksək dəyərə malikdir. 

 

Musavat.com

cfdb95b7-1479-4019-ac2f-0d53b8e34312.jpeg (71 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR