İnsanlara hürriyət, millətlərə istiqlal!

Mauro İkardiyə keçmiş arvadından zərbə: Başqa kişi ilə dodaq-dodağa…

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi ilə ayrılan Vanda Nara yeni paylaşım edib.

O, "Instagram" hesabında başqa kişi ilə dodaq-dodaq olduğu görüntüləri yayımlayıb.

Argentinanın paytaxtı Buenos-Ayresin ən böyük konsert məkanlarından biri olan "Movistar Arena"da səhnə alan Vanda Nara mahnı oxuyarkən məşhur müğənni Katriel Gerreyro ilə dodaq-dodağa pozalar verib. Bu görüntülər tez zamanda gündəm olub.

Xatırladaq ki, boşanma xəbərləri ilə gündəmdən düşməyən və bir müddətdir ayrı yaşayan cütlüyün qısa müddətdə tamamilə ayrılacağı gözlənilir.

Xatırladaq ki, Naranın adı daha əvvəl klipində rol aldığı məşhur reper L-Gante ilə də hallanıb. Onların əlaqələrinin olduğu və İkardi ilə boşanmalarına da məhz onun səbəb olduğu barədə xəbərlər yayılıb. Hətta ikilinin klipdən özəl görüntüləri də gündəm olub. (Oxu.az)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR