Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sabiq deputatı, qərbyönlü mövqeyi ilə tanınan siyasətçi Arman Babacanyan barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etmədiyinə görə cinayət işi başlanıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Daşnaksütyun” partiyası sosial şəbəkələrdə yayıb.
Məlumata görə, Babacanyan əvvəllər “Daşnaksütyun” partiyasına qarşı məhkəmə çəkişməsində uduzub. 2019-cu ildə parlamentdə çıxışı zamanı o, bu siyasi qurumu “terrorçu keçmişi ilə tanınan və indi dövlətə qarşı partizan mübarizəsinə başlayan qüvvə” adlandırmışdı. Bu ifadədən sonra “Daşnaksütyun” partiyası Babacanyana qarşı məhkəməyə müraciət etmiş, məhkəmə isə iddianı təmin etmişdi.
Məhkəmə qərarına əsasən, Babacanyan öz açıqlamasını təkzib etməli, partiyadan üzr istəməli və onun nüfuzuna xələl gətirən ifadələrə görə rəsmi şəkildə məsuliyyət daşımalı idi. Lakin siyasətçi artıq bir neçə ildir ki, məhkəmənin qərarını yerinə yetirmir.
Musavat.com
02 Noyabr 2025
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ