Onlayn ictimai-siyasi qəzet
2018-ci ildə qatıldığı "Masterşef" yarışması ilə məşhurlaşan Eslem Sena Yurt bıçaqlanıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, aldığı bıçaq zərbəsindən 5 litr qan itirib.
Hadisə ilə bağlı açıqlama yayan Yurt ailəsinin hadisəni gizlətməyə çalışdığını deyib:
"Bir həftə əvvəl bıçaqlandım. 5 litr qan itirdim. Psixi və fiziki cəhətdən çox çətin günlər keçirirəm. Hər şeydən və hər kəsdən uzaq olmaq istəyirəm. Məni ziyarət edən, mənə zəng edən, sual verən, dua edən hər kəsə Allah rəhm eləsin. Hamınız çox sağ olun. Telefonum bir müddət sönükdür, yalnız "WhatsApp". Sağalıb işə qayıdacağam, mənim üçün ən yaxşısı işimdir.
Ataya və ailəsinə qeyd... Atamla münasibətim yaxşı deyil, qızlar onlar üçün dəyərli deyil. Atamın pis olacağını düşünsəm də, cavab vermədi, yanıma gəlmədi. Bibim də zəng edənlərə xəbərdarlıq etdi ki, heç kim bilməsin. Mən heç vaxt utanacaq bir şey etməmişəm. Hər kəs dönüb özünə baxmalıdır. Gizlətməyə çalışdın, amma bax, burdan yazıram. Sizin sayənizdə dostu düşməndən ayıra bildim. İllər əvvəl anamdan boşananda atası "qızımı istəmirəm, çox xərclidir" demişdi. Amma o yaşda mənim hansı xərclərim ola bilərdi? O vaxt kədərləndim, sonra unutdum.
Anama, ögey atama, hər zaman yanımda olan ən yaxın dostum İlaydaya və mənə dəstək olan bütün pərəstişkarlarıma sonsuz təşəkkürümü bildirirəm".
Könül
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ