İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın şirkəti Kanada hökumətindən 30 milyon çırpışdırmaq istəyib? - ŞOK

Dünyanın bir çox yerlərində olduğu kimi, Kanadada da Tesla satışları aylardır düşür.

Musavat.com xəbər verir ki, The New York Times-a görə, bu, İlon Maskın Tramp administrasiyasındakı böyük roluna və onun Kanada suverenliyini dəfələrlə təhqir etməsinə cavab reaksiyasıdır.

Lakin bu günlərdə Kanadada Tesla-ya məxsus dörd dilerin yanvar ayında əldə etdiyi görünməmiş şatış göstəriciləri ciddi müzakirə olunur.

Dilerlər Kanada hökumətinə yanvar ayında bir həftəsonu ərzində heç vaxt olmayan qədər - 8,653 avtomobil satdıqlarını biıdiriblər. Bu, elektromobil satışına dövlət subsidiyası proqramı çərçivəsində 43 milyon Kanada dolları (təxminən 30 milyon ABŞ dolları) əldə etməyə imkan verir.

İndi Kanada hökuməti elektrik avtomobil istehsalçısının öz lotlarından dəqiqədə iki avtomobil çıxarmağı necə bacardığını dəqiq bilmək istəyir. Çünki açıqlanan satış sayını təmin etmək üçün dörd dilerin yanvarın 10-dan 12-dək gündə 24 saat açıq olaraq fəaliyyət göstərməsi lazım gələrdi.

Mark Karni Kanadanın baş naziri olduqdan və yeni nəqliyyat naziri təyin etdikdən sonra bu satışa görə subsidiya ödənişi bu ay dondurulub. Nazir Kristia Freeland, "iddiaların etibarlı olduğuna əmin olana qədər heç bir ödəniş edilməyəcəyini" deyib.

Subsidiya proqramının müddəti başa çatıb. Nazir bildirib ki, yeni proqram başladılsa belə, Tramp administrasiyasının Kanadaya qarşı rüsum siyasəti davam etdiyi müddətdə Tesla-ya şamil edilməyəcək.

Tesla dilerlərinin təqdim etdikləri satış həcmi hökumətin güzəşt proqramında nəzərdə tutulan vəsaitlərin hamısını əhatə etdiyinə görə proqram planlaşdırılan bitmə tarixindən - 31 Martdan əvvəl başa çatıb. Nəticədə, Kanada Avtomobil Dilerləri Assosiasiyasının hesablamalarına görə, 225 diler digər markalara görə 1 milyon dollara yaxın pul əldə edə bilməyiblər.

Dilerlər Assosiasiyasının sözçüsü Hüqo Vilyams bildirib ki, "bir həftəsonu 43 milyon dollar oğurlandıqda, şübhəsiz ki, araşdırmaya ehtiyac var".

Tesla məsələ ilə bağlı şərh tələbinə cavab verməyib.

2019-cu ildə başlayan hökumət planına əsasən, dilerlər, alıcıların adları və nəqliyyat vasitələrinin identifikasiya nömrələri daxil olmaqla, ödənişin ödənilməsi üçün hökumətə satınalma məlumatı verməzdən əvvəl elektrik avtomobil satışından 5000 Kanada dollarına qədər endirimləri çıxacaqlar.

Tesla satışında kütləvilik yanvarın 10-da Transport Canada ölkə daxilindəki dilerlərə proqramın martın sonuna qədər sona çatacağı barədə xəbərdarlıq etdikdən sonra başlayıb. Tesla satışları nəticəsində bazar ertəsi səhər proqramın hesabı tamamilə boşalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR