İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask bu institutun 500 milyon dollarlıq binasına əl qoydu – Əvvəlcə işçilərini bayıra atmışdı  


İlon Maskın Hökumətin Effektivliyi İdarəsi (DOGE) Sülh İnstitutunun demək olar ki, bütün işçilərini işdən çıxarandan sonra onun dəyəri 500 milyon dollar olan qərargahını dövlət balansına almağa çalışır.

Musavat.com xəbər verir ki, məlumatı Amerikanın Wired jurnalı məhkəmə sənədlərinə istinadən yayıb.
Martın sonlarında Maskın idarəsi rəsmi olaraq icra hakimiyyətindən asılı olmayan və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən institutda kütləvi ixtisarlar haqqında göstəriş verib. Ronald Reyqanın prezidentliyi dövründə yaradılan agentliyin rəsmi missiyası bütün dünyada münaqişələrin həlli və qarşısının alınmasını təşviq etməkdir.

Jurnal qeyd edir ki, qurumun əməkdaşları və rəhbərliyi arasında ixtisarlardan sonra DOGE direktor əvəzinin təyin olunmasına nail olub. İnstitutun prezidenti, əvvəllər ABŞ Ümumi Xidmətlər Administrasiyasında (GSA) vəzifə tutmuş işçidir və Maska yaxındır. O, binanın pulsuz olaraq GSA-ya verilməsi təşəbbüsü ilə çıxış edib. Halbuki belə hallarda dövlət alınan əmlakın dəyərini ödəməlidir. Təşəbbüs artıq ABŞ Prezident Administrasiyasının İdarəetmə və Büdcə İdarəsi tərəfindən təsdiqlənib.
Maks isə Sülh İnstitutu tərəfindən qəsdən silinmiş məlumatları bərpa edə bildiyini açıqlayıb: "İstənilən dövlət qurumu yəqin ki, adının əksidir. Onlar (Sülh İnstitutu – red.) cinayətlərini ört-basdır etmək üçün bir terabayt maliyyə məlumatını siliblər. Lakin onlar texnologiyanın gücünü bilmirlər, ona görə də biz bütün məlumatları bərpa etdik".

Bundan əvvəl “The Washington Post” mənbələrinə istinadən yazıb ki, DOGE ABŞ Sülh İnstitutunun baş qərargahında çalışan demək olar ki, bütün işçilərin işdən çıxarılmasına göstəriş verib. Qəzetin institut əməkdaşlarından olan mənbələri bildirir ki, DOGE 200-300-ə yaxın işçini ixtisarla bağlı xəbərdar edib. Ümumilikdə ABŞ Sülh İnstitutunun təxminən 600 əməkdaşı var. Baş qərargahı Vaşinqtonda olmaqla yanaşı, missiyaları Ukrayna, Filippin və Sub-Saxara Afrikasında fəaliyyət göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR