İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşınla həmkəndlisini vurub öldürdü

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün saat 19 radələrində şəhərin “28 May” küçəsində qeydə alınıb. 

Belə ki, rayonun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü İmanov Cəlal Əyyub oğlu idarə etdiyi “Mercedes Benz 190” markalı, 99-TH-656 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla eyni istiqamətdə piyada hərəkətdə olan, həmkəndlisi 1981-ci il təvəllüdlü Tağıyev Azad Hacı oğlunu avtomobilin sağ qabaq hissəsi ilə vurub. 

Azad Tağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Fakta görə İmişli RPŞ-də CM-in 263.2-ci maddəsi cinayət işi başlanaraq istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR