İnsanlara hürriyət, millətlərə istiqlal!

“Martın 29-dək sifariş edilmiş, yaşı 10-dan çox olan maşınların idxalına icazə veriləcək” – rəsmi

 

Bəlli olduğu kimi, Nazirlər Kabineti istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Bu məlumat açıqlandıqdan sonra sosial şəbəkələrdə bir çox insanlar narahatlıqlarını ifadə edir. Belə ki, bir çox insanlar bu qərar verilənədək xaricdən avtomobil sifariş ediblər, lakin həmin maşınlar ölkəyə 1 ay ərzində, yəni bu qanun qüvvəyə minənədək gəlib çata bilməyəcək, müqavilə üzrə 2-3 aya çatdırılmalıdır. Yəni məsələn, Amerikadan, Çindən sifariş olunan maşınlar 2-3 aya, bəzən də bir az gec müddətdə Azərbaycana çatdırılır. Onların taleyi necə olacaq? Ölkəyə buraxılacaqlarımı?

Musavat.com-a Nazirlər Kabinetindən bununla bağlı verilən məlumatda bildirildi ki, mart ayının 29-dək (29 mart da daxil olmaqla), yəni məlum qərar elan edilən günədək pulu ödənilərək sifariş edilmiş avtomobillərin ölkəyə daxil olmasına icazə veriləcək. Yəni məsələn, şəxsin martın 29-dək sifariş etdiyi, pulunu ödədiyi avtomobil 2-3 aydan sonra ölkəyə gələndə, ona hər hansı məhdudiyyət tətbiq olunmayacaq.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR